Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Nəsihətnamə – Həyat Bələdçisi” kitabı işıq üzü görüb.
Nəşrdə gündəlik həyat və davranış mədəniyyəti, ünsiyyət bacarıqları, məsuliyyət, mənəvi dəyərlər, tərbiyə, düzgün seçim və şəxsi inkişafla bağlı düşündürücü və praktik məsləhətlər yer alıb.
Kitab xüsusilə gənclər, tələbələr, müəllimlər və valideynlər üçün faydalı mənbə olmaqla yanaşı, hər yaşdan oxucuya həyatın müxtəlif məqamlarında doğru istiqamət seçməyə, ailə və cəmiyyət münasibətlərinə daha sağlam yanaşmağa kömək etməyi qarşıya məqsəd qoyur.
“Nəsihətnamə – Həyat Bələdçisi” həm fərdi mütaliə, həm də maarifləndirici söhbət və müzakirələr üçün nəzərdə tutulmuş dəyərli nəşrdir.
Kitabı əldə etmək və sifariş vermək üçün:
Tel./WhatsApp: 055 304 50 34

Şərhlər